2 dekabr 2023 at 10:43
Jurnalist kodu: 5487
Xəbər kodu: 85308996
T T
0 Persons

Tags

Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək

Moskva - İRNA - İran İslam Respublikasının Moskvadakı səfiri deyib: “Xəzər dənizi sahili ölkələri xarici işlər nazirlərinin illik toplantısı 5 dekabr çərşənbə axşamı Moskvada ölkəmizin xarici işlər naziri doktor Əmir Abdullahiyanın iştirakı ilə keçiriləcək.”

Kazım Cəlali şənbə günü səhər saatlarında İRNA-ya açıqlamasında bildirib: “Bu görüş sahilyanı ölkələrin beş xarici işlər nazirlərinin illik proqramı çərçivəsində keçirilir və orada bu mavi zona ilə bağlı ən mühüm məsələlər qaldırılır.”

Səfir qeyd edib ki, Moskva görüşündə Xəzər regionunun təhlükəsizliyi, iqtisadi əlaqələrin genişləndirilməsi, dəniz nəqliyyatı, ticarət, enerji, ətraf mühit və müvafiq hüquqi məsələlər kimi müxtəlif sahələrdə əməkdaşlığın inkişafı sahələri müzakirə olunacaq.

Kazim Cəlalinin sözlərinə görə, İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri Moskvada keçirdikləri iclasda Xəzəryanı ölkələrin liderlərinin qarşıdakı görüşünün qaydasını da müzakirə edəcəklər.

Sizin rəyiniz

You are replying to: .